İsmail Kartaldan sonra Joze Mourinyo baş məşqçi təyin olunmağı ilə, "Fənərbaxça"nın edəcəyi transferlər artıq maraq doğurur.

Offsideplus.az xəbər verir ki, heyətinə bəzi ulduz adları qatacağı gözlənilən "Fənərbaxça" üçün "Çelsi"nin hücumçusu Rəhim Sterlinq iddiası ortaya atılıb.

Qeyd olunur ki, İstanbul təmsilçisi Rəhim Sterlinqlə prinsipial razılığa gəlib.

Son mövsümdə 43 matça çıxan Sterlinq 10 qol və 8 məhsuldar ötürmə ilə komandasına töhfə verib.

Qeyd edək ki, 29 yaşlı vingerin "Çelsi" ilə daha 3 illik müqaviləsi var.